Məktəbli sinifdə müəlliməni bıçaqladı

bicaq-1

Böyük Britaniyanın Lids şəhərində şagirdlərin gözü qarşısında müəlliməni bıçaqlayıblar.

Xalq.az-ın məlumatına görə, 61 yaşlı ispan dili müəlliməsini xəstəxanaya aparıblar, amma həkimlər onu xilas edə bilməyib.

Müəllimlər 15 yaşlı yeniyetməni saxlayıblar, daha sonra o, həbs edilib.

Polisdən bildiriblər ki, şagirdlərin və müəllimlərin həyatı üçün təhlükə yoxdur.

Böyük Britaniya baş nazirinin dəftərxanasından bildiriblər ki, Devid Kemeron həlak olan müəllimənin qohumlarına başsağlığı verib.