“MasterCard” xidmətini dayandırdı

55

 

Beynəlxalq ödəmə sistemi “MasterCard” Rusiya bankları ilə əməkdaşlığını dayandırmağa başlayıb.

“MasterCard” Rusiyanın SMP Bank və “İnvestkapitalbank”la əməkdaşlığına son qoyub.

Bundan sonra “MasterCard” adıçəkilən Rusiya banklarında öz xidmətini müştərilərə təqdim etməyəcək. Xatırladaq ki, ABŞ ötən gün Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqinə start verilib. Artıq 7 yüksək çinli məmura və 17 şirkətə viza və maliyyə məhdudiyyətlərinin tətbiqinə dair qərar qəbul edilib. “Qara siyahı”ya SMP Bank və “İnvestkapitalbank”, “Stroytransqaz” və “Volqa Group”, “Avia Group” da yer alıb.

Qeyd edək ki, bir müddət əvvəl “Visa” ödəmə sistemləri daha əvvəl tətbiq olunan sanksiyalarla bağlı SMP Bankın müştərilərinin kartlarına məhdudiyyət qoymuşdular.