Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə gedib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. 

XALQ.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Səfərdə məqsəd 10-cu Sir Bani Yas Forumunda iştirak etməkdir.