Məmmədyarov görüş keçirdi

Gürcüstanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin parlament sədri Arçil Talakvadze ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq, qonşuluq və strateji tərəfdaşlıq münasibətləri qeyd olunub.

Tərəflər müxtəlif sahələrdə mövcud qarşılıqlı əlaqələri nəzərdən keçiriblər. Görüşdə Azərbaycan və Gürcüstan arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi də aparılıb.

Görüşdə Azərbaycan XİN başçısının müavini Ramiz Həsənov, Gürcüstan parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, vitse-spiker Kaxaber Kuçava və azərbaycanlı deputatlar – Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan Hacıyev və Azər Süleymanov da iştirak ediblər.

Orxan