«Məni bu seks manyakının əlindən qurtarın»

33

25 yaşlı arvad 75 yaşlı ərindən qaçdı

İtaliyada qəribə məhkəmə prosesi keçirilir. 25 yaşlı gənc qadın evləndiyi 75 yaşlı ərinin əlindən evdən qaçaraq, ədalətə üz tutub.

XALQ.AZ xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə səbəb gənc qadının yaşlı ərinin seks manyakı olmasından xəbər tutmasıdır.

Məhkəməyə müraciət edən 25 yaşlı arvad bildirib ki, əri 75 yaşlı Efisio Manfrin həddindən artıq seks tələb etdiyindən onun əlindən bezib. İqlesia Querrero ifadəsində yazıb ki, əri hər dəqiqə onunla yatmaq istəməsindən təngə gəlib. «Məni hər yerdə sıxışdıran bu yaşlı seks manyakının əlindən xilas edin».

Manfrin isə məhkəmədə bildirib ki, arvadı yalan danışır. «Mən evlənənə qədər çox rəngli bir həyat keçirmişəm. Amma İqlesia ilə evləndikdən sonra onunla ümumiyyətlə, yatağa girməmişik».