Bakı sakininin üzünə “şram” atdılar

3

Bakı sakini yolda naməlum şəxsin hücumuna məruz qalıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Moskva prospektində naməlum şəxs Bakı şəhər sakini Elmir Seyidəhmədovaun üzünə çapıq atıb. Sifət nahiyyəsindən bıçaqla xəsarət alan Elmir Seyidəhmədov xəstəxanaya yerləşdirilib.

Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Zaqatala rayon sakini Samir Məmmədov tutulub. Araşdırmalar zamanı Samir Məmmədovun əvvəllər məhkum həyatı yaşadığı məlum olub.

Faktla bağlı araşdırma aparılır