Ətçəkən maşın 5 yaşlı uşağın əlini doğradı

Et ceken

Şamaxı rayonunda bədbəxt hadisə baş verib. 5 yaşlı qız ehtiyatsızlığın qurbanı olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, nəzarətsiz qalan azyaşlı uşağın əli kəsilib.

Belə ki, Mübariz Əliyev küçəsi 3 saylı ünvanda yaşayan 2009-cu il təvəllüdlü Nəzrin Davud qızı Əliyeva mətbəxdə əlini elektriklə işləyən ət maşınına salıb. Maşın qızcığazın sol əlini doğrayıb. Hadisə qızın anası mətbəxtdə ət çəkərçən baş verib.
Bir anlıq nəzarətsiz qalan qız əlini ət maşınına salıb.

Təcili Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Nəzrin Əliyevanın əli amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.