Naxçıvanda dəhşətli qəza: ölənlər var

Kanal

Ötən gün Naxçıvanda 3 nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəza Babək rayonu Vayxır kəndinin ərazisində olub.

Belə ki, Rövnəq İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil kanala düşüb. Qəza zamanı maşının sürücüsü, eləcə də, sərnişinləri Babək rayon sakinləri Sunay İsmayılov və Hüseyn Məmmədov hadisə yerində ölüb.

Maşında olan digər sərnişin Sahil Allahverdiyev isə ağır yaralanıb. Xilasedicilər onun maşından çıxararaq xəstəxanaya yerləşdiriblər.

Faktla bağlıı araşdırma aparılır.