Məni təhqir edənlərə cavab vermirəm

 

12

Rəqqasə Oksana Rəsulova sosial şəbəkələrdə ona ünvanlanan sualları cavablamağı sevir.

Axşam.az-ın məlumatına görə, “Mohito” verilişinə açıqlama verən sənətçi qeyri-etik sözlərə yol verənləri qara siyahıya atdığını bildirib:

“İnstaqramın fəal üzvüyəm. Amma bəziləri kimi nə gəldi, çəkib atmıram. Gedirlər salona, üzlərində maska, əlləri manikürdə fotolar yayırlar. Bunlara yaxşı baxmıram. “Facebook”da fan səhifəmi başqaları idarə edir. Amma qızlara tapşırmışam, bir nəfər məni təhqir edə bilməz. Kim təhqiramiz cümlə yazdısa, onu qara siyahıya atın. Kiməsə elə sözlərə cavab verməyə də imkan vermirəm. Amma özümə xüsusi sual ünvanlayanlara xoş cavab yazıram”.