“Mənim qardaşım İlham Əliyevin xoş arzularını çatdırıb” Ramzan Kadırov

 

Çeçenistan prezidenti Ramzan Kadırovun Azərbaycan prezidenti İlham Əliyevin kürəkəni Səməd Qurbanovla görüşü olub.

XALQ.AZ-ın məlumatına görə, Kadırov bu barədə öz Instagram səhifəsində yazıb.

“Əziz dostlar! Aydın Qurbanov adına Fondun sədri Səməd Qurbanov bizim qonağımız olub. Söhbət zamanı, o, mənim qardaşım, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və xoş arzularını çatdırıb. Biz Çeçenistan və Azərbaycan arasında dostluq münasibətlərinin bundan sonra da qorunmasına dair razılıq əldə etdik”, – Çeçenistan prezidenti yazıb.