Məqsədimiz Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının güclənməsinə nail olmaqdır

 

86

Rusiyada yaşayan azərbaycanlı miqrantların qarşılaşdığı problemlərin həlli istiqamətində Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirir». Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.
N.İbrahimov bildirib ki, Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan diaspor təşkilatları ilə əlaqə saxlayır. Onun sözlərinə görə, hazırda qarşda duran prioritet vəzifələrdən biri Rusiyada yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işini təkmilləşdirmək və Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının güclənməsinə nail olmaqdır.
«Bu sahədə də müəyyən planlarımız var. Yaranmış problemlərin həllini nəzərdə tutan bütün ideyalar, təkliflər əlbəttə ki, dərindən öyrənilməli, müzakirə olunmalı və həm Rusiyanın maraqlarına, həm də orada yaşayan miqrantların hüquq və azadlıqlarına xələl gətirməyən həll modeli tapılmalıdır. Hər bir ölkə əlbəttə ki, öz qanunlarını özü müəyyən edir və bu qanunların icrasının təmin olunması da onun suveren hüququdur. Lakin bu qanunların həyata keçirilməsi prosesinin miqrantların insan hüquq və azadlıqlarının pozulması halları ilə müşayiət edilməsi də yolverilməzdir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.