Mərkəzi Bankın qarşısında qanlı hadisə

Bank

Ötən gün axşam saat 21:59 radələrində Bakının Nəsimi rayonu ərazisində qanlı hadisə baş verib.

Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsindən verilən məlumata görə, Mərkəzi Bankın binası qarşısında bıçaqlanma hadisəsi baş verib.

Bankın qarşısında 35 yaşlı Xalid İbrahimov naməlum şəraitdə bıçaqlanıb. O ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.