Mərkəzi yol 10 günlük bağlandı

Yol

Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

XALQ.AZ-ın məlumatına görə, sıxlığa səbəb ötən gün 17 iyunda saat 23:00-da paytaxtın Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Azər Əliyev küçəsi ilə kəsişməsinədək olan hissəsinin təmirə bağlanmasıdır. Təmir işləri əsaslı olduğundan 7-10 gün çəkəcək.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti – kənar yoldan istifadə etmələri tövsiyə olunur.

Eyni zamanda paytaxtın Həsən Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsinədək olan hissəsində artıq xətlənmə işləri başa çatıb və yolun həmin hissəsi ötən gecədən etibarən avtomobillərin hərəkəti üçün istifadəyə verilib.