Qadın rəfiqəsinin başını çəkiclə əzdi

Cekic

Bakıda qadının rəfiqəsini qətlə yetirməsinin bəzi məqamları bəlli olub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, dünən A.Mustafayev küçəsində yaşayan 54 yaşlı Nailə Atayeva yaşadığı evdə Bakı şəhər sakini 56 yaşlı Lalə Vəliyevanın baş nahiyəsindən üç dəfə çəkiclə vuraraq qətlə yetirib.

N.Atayeva Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Hadisə ik iqadının şəxsi münasibətlər zəminində yarandığı mübahisədən sonra baş verib.
Faktla bağlı araşdırma aparılır.

Saat 10:58
Ötən gün Bakının Nəsimi rayonunda qadın qadını öldürüb.

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən əmlumata görə, 54 yaşlı Lalə Əziz qızı Atayeva münaqişə zamanı 50 yaşlı Nailə İntiqam qızı Vəliyevanı qətlə yetirib.

Hadisənin iki qadın arasında yaranmış mübahisə səbəb olub. Bildirilir ki, hər ik iqadın tanış olublar. Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.