Məscidin tavanı çökdü: ölənlər var

Mecid

Pakistanın Pəncab əyalətində məscidin tavanının çökməsi çox sayda möminin ölümü ilə nəticələnib.

XALQ.AZ-ın xəbərinə görə, hadisə ötən gün zöhr namazı vaxtı paytaxt Lahorun Daroqhavala məhəlləsindəki “Hənəfiyyə” məscidində baş verib.

Məlumata görə, hadisə baş verdiyi anda məsciddə 40 nəfərə yaxın mömin olub, onlardan 24 nəfərin cəsədi çıxarılıb. Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Hadisə yerinə gedən Pencabın baş naziri Şahbaz Şərif axtarış-xilasetmə işləri ilə tanış olub, ölənlərin ailələrinə başsağlığı verib. Bundan başqa baş nazir ölənlərin ailələrinə 5 000 dollar müavinət ödənməsi üçün göstəriş verib.

Qeyd edək ki, Pencab əyalətində bir neçə gündür davam edən musson yağışları böyük fəsadlara səbəb olub. Məscidinin tavanının çökməsi də bu səbəbdən baş verib.