Rusiyanın döyüş gəmisi Qara dənizdə

Gemi

Rus Donanmasına aid bir döyüş gəmisi ötən gün Dardanel (Çanaqqala) boğazını keçərkən görüntülənib.

XALQ.AZ-ın məlumatına görə, Egey dənizindən Mərmərə dənizi istiqamətində hərəkət edən “PM-138” adlı Rusiya hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi ötən gün boğazdan Dardanel və Bosfor boğazlarını keçərək Qara dənizə yön alıb.

Türkiyə sahil təhlükəsizlik komandanlığı qruplarının müşayiət etdiyi gəminin gedəcəyi liman haqqında əlavə məlumat verilməyib.

Qeyd edək ki, 8-10 sentyabr tarixləri arasında Qara dənizdə NATO “Sea Breeze” adlı təlimlər keçirdi. Təlimlərdə ABŞ, İspaniya, Kanada, Rumıniya və Türkiyə aktiv iştrakıçı kimi, Gürcüstan, Norveç, İsveçrə və Fransa isə müşahidəçi qismində iştirak edib. Rusiya tərəfi keçirlən bu təlimləri Ukrayna konfliktinin sülh yolu ilə həllinə təhdid kimi qəbul etmişdi.