Məşhur aktyor evlənmək barədə danışdı

Alpacino

Dünyanın məşhur və heç vaxt evli olmayan məşhuru. Söhbət 73 yaşlı Al Paçinodan gedir. Hər zaman şəxsi həyatını mediadan gizləyən Al Paçino özündən 39 yaş kiçik sevgili ilə rahatlıqla tədbirlərə qatılır. Bu isə hər kəsin ağlında cütlüyün ciddi münasibətdə olması ilə bağlı fikir yaradıb. Amma, Al Paçino öz açıqlaması ilə bir çoxlarını təəcübləndirib.

XALQ.AZ-ın məlumatına görə, dünya kinematoqrafının canlı əfsanələrindən biri, amerikalı aktyor, Hollivud ulduzu Al Paçino sevgilisi Lusila Sola ilə birlikdə “Salome & Wilde Salome” filminin premyerasına qatılıb. Dünya şöhrətli aktyorun təqdimat mərasiminə qatılmasına səbəb Al Paçinonun bu filmdə baş rollardan birində oynamasıdır.

Qala gecədə media nümayəndələrini görəndə 74 yaşlı aktyor 35 yaşlı sevgilisi ilə nə zaman ailə quracağı ilə bağlı suallardan bezdiyini söyləyib. 7 ildir, münasibətdə olan aktyor, evlənməyə tələsmədiyini söyləyib. Al Paçino media mənsublarına təlaşlanmamağı məsləhət görüb və jurnalistlərdən film barədə suallar gözlədiyini deyib.