Rafet El Roman soyadını dəyişdi

Rafet

Türkiyənin tanınmış müğənnisi Rafet El Roman soyadını dəyişib.

XALQ.AZ-ın məlumatına görə, müğənni Almaniyada məhkəmədə “Yaşdut” soyadının dəyişdirilərək “El Roman” olmasına nail olub. Rafet bunun üçün 4 il mübarizə aparıb.

Müğənni bu günə qədər “El Roman” soyadı ilə tanınıb. Lakin bundan sonra Rafetin şəxsiyyət vəsiqəsi və pasportunda “Yaşdut” deyil, “El Roman” soyadı yazılacaq.

Tuğba Altıntopdan olan qızları Su və Şevvalın, 7 illik köhnə qız yoldaşı Yeşim Eryıldırımdan olan oğlu Edvanın da soyadları El Roman olaraq qeydə alınacaq. Sənətçi, ailə və qohumlarının etirazlarına baxmayaraq soyadını El Roman olaraq rəsmiləşdirib.

Qeyd edə ki, Rafet El Roman “EL ROMAN” adını 1400-cü illərdə yaşayan bir İspan nağıl qəhrəmanı ELROMANO-nun həyat hekayəsindən təsirlənərək 1992-ci ildən bu günə qədər istifadə edir.