Məşhur iş adamına restoranda hücum olub

4

 

“Hələ də inana bilmirəm ki, Cəlil yoxdu. Biz Cəlilsiz neyləyəcəyik? Elə bilirəm, yetim qalmışam. Qolum-qanadım qırılıb. O mənə ata əvəzi idi…”

Xalq.az xəbər verir ki, bu sözləri 9 həftədir ki, rəsmi reytinq göstəricilərində izlənmə sayına görə birinci olan, geniş tamaşaçı kütləsinin hər yeni bölümünün yayımını səbirsizliklə gözlədiyi “Toy gecəsi” bədii televiziya serialının qəhrəmanlarından biri, qətlə yetirdiyi qardaşının ölümündə həyəsızcasına başqalarını günahlandıran, serialın bu gün yayımlanacaq 10-cu seiyasında da diqqət mərkəzində olan Aslan deyir. Məqsədinə nail olmaq üçün qarşısındakı bütün maneələri dəf edən Aslan nəhayət ki, növbəti hiyləgər planını həyata keçirtmək istəyərkən özü də bilmədən iz qoyur. Digər tərəfdən, toy gecəsi baş vermiş məşum hadisədən sonra Səbinə ilk dəfə mübahisə predmetinə çevrilmiş şirkətə işə çıxır. Cahan şirkət və Səbinəylə bağlı gizli niyyətlərini Elnura açıqlayır. Tanınmış sənətçi Namiq Qaraçuxurlunun canlandırdığı məşhur iş adamı Murad Qəhrəmanov nişanlısı Aydanı restorana şam yeməyinə dəvət edir. Bundan xəbərdar olan onun köməkçisi Zaur əlbir olduğu adamlara məlumat verir və həmin adamlar torpaq alqı-satqısı müqaviləsini zorla imzalatdırmaq üçün restoranda Murad Qəhrəmanova hücum edirlər. Görəsən, bu dəfə Zaurun hiyləgər planı baş tutacaqmı?

Bu və digər suallara cavab tapmaq, gərgin və dinamik şəkildə cərəyan edən hadisələrin təfərrüatlarını bilmək istəyirsinizsə “Toy gecəsi” serialının bu gün axşam saat 19.00-da ATV kanalında yayımlanacaq 10-cu bölümünü izləməyi unutmayın.