“Kiyevdə vəziyyət kritikdir”

10

 

“Ukraynada müxalifət-hökumət qarşıdurması hələ də çözülməmiş fazadadır. Kiyevdə isə siyasi vəziyyət kritik olaraq qalır”.

Bu barədə Publika.Az-a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov bildirib:

“Kiyevdə Azadlıq meydanının bir hissəsi, Prezident Administrasiyası və Nazirlər Kabinetinin ətrafı etirazçılardan təmizlənsə də, hələ xalqı sakitləşdirmək mümkün olmayıb. Bəzi xarici ölkələrin xüsusi xidmət orqanları isə çox fəal surətdə prosesləri provakasiyaların hesabına daha kəskin məcraya yönəltmək niyyətlərindən əl çəkməyiblər. Amma bütün hər şeyə rəğmən prezident Viktor Yanukoviç Ukrayna xalqının mövqeyinin və rəyini nəzərə almalıdır. Çünkü Kiyevdə və qərb regionlarında davam edən etiraz aksiyaları məhz xalqın mövqeyini əks etdirir. Biz hazırki situasiyada ortaq məxrəcə gəlinməsinin tərəfdarıyıq. İstənilən halda Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Ukrayna xalqının mövqeyini dəstəkləyəcək.”