Məşhur Məmmədov: “Bölgədə sabitlik və quruculuq dövrü başlayır”

“Bölgədə yeni dövr başlayır – sabitlik və quruculuq dövrü. 2021-ci il yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin şəxsində dövlət başçılarının imzaladıqları üçtərəfli Bəyanat regionda sabitliyin təmin olunması və geniş quruculuq işlərinə başlanması baxımından növbəti uğurlu addım oldu”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.

M.Məmmədov bildirib ki, Azərbaycanın qələbəsi regionda və dünyada yeni reallıqlar yaradıb: “Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə, son 17 ildə özünü dəfələrlə isbatlayıb. Bu realllığı Azərbaycan xalqı görür və bəlkə də bu son 30 ildə bu qədər qürurlu olmamışdı – 44 gün ərzində tariximizin Zəfər salnaməmiz yazıldı, bütövləşən Azərbaycanımız – Qarabağ Azərbaycanımıza qovuşduq. Məhz bu böyük qələbə Prezident İlham Əliyevin sözünə, vədinə sadiq qalan dövlət başçısı imicini qazanması bütün sahələrdə təsdiqlənməsinin reallığıdır. Çünki dövlət başçımızın sözü ilə imzası birdir: “Sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir”.

“Ötən il Azərbaycanın şanlı tarixinə 44 günlük Vətən müharibəsi kimi düşən İkinci Qarabağ savaşı uğurla yekunlaşandan sonra xalqımız və dövlətimizin qarşısında yeni məsul vəzifə dayandı. Bu, işğaldan azad edilmiş tarixi və əzəli torpaqlarımızda quruculuq, bərpa işlərinin aparılması, yenidən Qarabağa həyatın qaytarılmasıdır. Artıq dövlətimiz bu istiqamətdə genişmiqyaslı işlər görür, əcnəbi şirkətlərlə birgə yeni iqtisadi, quruculuq layihələri hazırlanır, hətta infrastrukturun bərpası ilə bağlı bir çox ilkin tədbirlər həyata keçirilir. Təbii ki, bütün bu mənzərələrin fonunda ölkə başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi quruculuq və bərpa işlərinin daha operativ və effektiv şəkildə davam etdirilməsini təmin edir”, -deyən dövlət başçısı onu da vurğulayıb ki, bu gün mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir: “Ermənistan hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsədi, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etmək, hər vəchlə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlərə mane olmaqdır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söügedən məsələyə aydınlıq gətirməklə Ermənistanın cinayətkar əməllərini müharibədən sonra da davam etdirdiyini vurğulayıb: “Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir…Ancaq mənfur düşmən bilməlidir ki, yeni texnologiyaların tətbiqi imkan verəcək ki, biz bundan sonra da öz hərbi gücümüzü daim yüksək səviyyədə saxlaya bilək. Dövlət başçımızın dediyi kimi: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır”.

Məşhur Məmmədov, həmçinin söyləyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevrilməsinə hədəflənmişdir: “Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər”.

M.Məmmədov onu da vurğulayıb ki, Azərbaycan Prezidenti bütün görüşlərində, müsahibələrində dönə-dönə vurğulayıb ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir”.

M.Məmmədov, həmçinin qeyd edib ki, indi vəziyyət dəyişib: “Dövlət başçımızın dediyi kimi: “Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb”. İndi əsas məsələ yenidən həmin torpaqlarda əvvəlki həyatı bərpa etməkdir. Məlumdur ki, uzun müddət işğalda olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb, əksər kənd və şəhər tamamilə talan edilib. Lakin qısa bir zamanda tezliklə işğaldan azad edilən torpaqlarımızın zəngin resursları və iqtisadi potensialı Azərbaycanın iqtisadi gücünə güc qatacaq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Çünki işğaldan azad olunan ərazilərin tarixi-mədəni dəyəri və zəngin iqtisadi potensialı ölkə iqtisadiyyatına inteqrasiyası ilə yaradılacaq yeni iqtisadi dəyərin Azərbaycan dövlətinin çəkdiyi və bundan sonra da tərəddüdsüz və xüsusi fiskal gərginlik yaşamadan çəkəcəyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bununla əlaqədar işğaldan azad olunan rayonlarımızın kənd təsərrüfatının inkişafı və bütövlükdə iqtisadiyyatının yenidən qurulması ilə bağlı ayrıca tədbirlər planı hazırlanacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Xarici və yerli şəhərsalma mütəxxəsislərinin iştirakı ilə Qarabağda tamamilə modern bir şəhərsalma planı qurulacaq. Şəhər və kəndlərin infrastrukturu yeniləşəcək və ekoloji tarazlıq bərpa olunacaq. Bununla da yaşadığımız bölgəyə barışıq gətirən Azərbaycan dövləti regionun inkişafının təminatçısına çevriləcək”.

Ancaq bu gün mənfur düşmən terror siyasətini təkcə işğal dövründə deyil, məğlubiyyətdən sonra da davam etdirir. Ermənistan hər yeri, hətta hərbi təyinatı olmayan əraziləri də minalayıb. Əsas məqsədi, əlbəttə ki, mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasını təmin etmək, hər vəchlə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlərə mane olmaqdır. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında söügedən məsələyə aydınlıq gətirməklə Ermənistanın cinayətkar əməllərini müharibədən sonra da davam etdirdiyini vurğulayıb: “Biz işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyini bu gün kifayət qədər təmin edirik, müntəzəm reydlər keçiririk, pilotsuz uçuş aparatları vasitəsilə və vizual şəkildə monitorinq aparırıq. Buna görə vəziyyət tam nəzarət altındadır. Bundan əlavə, əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Minalanmış sahələrin xəritələrini verməmək cinayətdir”.“Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər” -deyən dövlət başçısı onu da vurğulayıb ki, biz özümüzü əxlaq normalarına və ümumbəşəri davranış normalarına müvafiq şəkildə aparırıq: “Lakin minalanmış sahələrin xəritələrini bizə verməmək dinc vətəndaşları və hərbi qulluqçuları bilərəkdən ölümə və şikəstliyə məhkum etmək deməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər? Belə olan təqdirdə birtərəfli əməkdaşlıq ola bilməz”.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir”,-deyən Məşhur Məmmədov söyləyib ki, bu mənfur düşmən unutmamalıdır, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.