Nazirlərin, deputatların çərşənbə təbriki-Fotolar

Bu gün Azərbaycanda Novruz Bayramının sonuncu, yəni İlaxır Çərşənbəsi qeyd olunur. 

Sonuncu çərşənbəyə həm də Yer çərşənbəsi deyilir. Bölgələrdə isə sonuncu çərşənbə olduğu üçün İlaxır Çərşənbə kimi tanınır. 

XALQ.AZ nazirlərin,deputatların,elm və ictimai xadimlərin sosial şəbəklərdə İlaxır Çərşənbəsi paylaşımalarını təqdim edir:

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Bu gün Azərbaycanda Novruz çərşənbələrindən sonuncusu olan Torpaq çərşənbəsi qeyd olunur.

Xalqımızı bu münasibətlə təbrik edir, hər kəsə cansağlığı, xoş ovqat və firavanlıq arzulayıram.

****

Təhsil Naziri Emin Əmruzllayev

Torpaq çərşənbəniz mübarək!

****

Milli Məclisin deputatı Tamam Cəfərova

Əziz xalqımız, Hörmətli seçicilər !

Sizi Novruzun sonuncu müjdəçisi – Torpaq çərşənbəsi münasibətilə təbrik edir, ocağınıza ruzi-bərəkət arzu edirəm!

*****

Milli Məclisin deputatı Ülvi Quliyev


Yerin oynadığı, torpağın nəfəs aldığı ,insanlarda yeni ovqatın yarandığı bu gün, “İlaxır çərşənbəsi” xalqımız üçün uğurlu,bərəkətli olsun .

****

Milli Məclisin deputatı Ramin Məmmədov

Bu gün ilaxır çərşənbədir. Azərbaycan xalqının yaddaşında müstəsna yeri olan Novruz Bayramının gəlişini xəbər verən bu gözəl gün münasibətilə hər birinizi təbrik edirəm! Torpaq çərşənbəsi təbiətin oyanışından xəbər verir. Bu il torpaq çərşənbəsi bizim üçün 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın azadlığa qovuşması ilə xüsusi bir məna kəsb edir. 30 ildən sonra ilk dəfədir ki, o torpaqlar yazın gəlişini hiss edəcək. Başlanan böyük quruculuq işləri, yüz minlərlə azərbaycanlının öz doğma ocağına qayıdışı ilə işğaldan azad olunmuş ərazilərimizə bahar yenidən qədəmlərini qoyacaq. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Qoy çaylarımız qurumasın! Qoy ağaclarımız kəsilməsin! Qoy çırağımız sönməsin!”. Torpağımız həmişə azad, süfrəmiz bərəkətli, dövlətimiz var olsun!

İlaxır çərşənbəniz mübarək!

****

Milli Məclisin deputatı Rəşad Mahmudov

Bu aralar ən çox istifadə etdiyimiz kəlimə: Torpaq….

Torpağı azad edilmiş xalqın ilk torpaq çərşənbəsi mübarək olsun! Hər birimizə azad və bərəkətli torpaq, sülh və əminamanlıq, xoş günlər və sağlam həyat diləyi ilə…

*****

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Əziz həmvətənlər!

Sizi İlaxır çərşənbə münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə sağlıqlı, xəstəliklərdən uzaq, bol ruzili, bərəkətli il arzulayıram!

****

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov

Elə bir zirvə yoxdur ki, biz onu qət edə bilməyək

!Bayramın mübarək Azərbaycan!

Müstəqillik tariximizin ən gözəl İlaxır çərşənbəsini yaşayırıq!

***

Milli Məclisin deputatı Elnur Allhaverdiyev

Bu gün İlaxır və ya Torpaq çərşənbəsidir.

Vətənimizin dörd bir yanında tonqallar qalanacaq, şənliklər qurulacaq, baharın gəlişi qeyd olunacaq. Torpağımızı sevək, dəyər verək. Qoruyaq ki, bir daha düşmən tapdağında olmasın. Gün olsun, gələn il bu vaxt azad edilmiş Qarabağımızda bayram tonqallarını qalayaq!

Çərşənbəniz mübarək!

*****

Milli Məclisin deputatı Jalə Əhmədova

Əziz seçicilərim,Dəyərli dostlar,
İlaxır çərşənbə bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində sizə gözəl əhval-ruhiyyə, san sağlığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Qələbə ətirli Vətənimizin çiçəklənməsi, xalqımızın firavanlığı naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

****

Milli Məclisin deputatı Ramil Həsən

Əziz xalqımız,Hörmətli seçicilər !

Sizi Novruzun sonuncu müjdəçisi – Torpaq çərşənbəsi münasibətlə təbrik edir, ocağınıza ruzi-bərəkət arzu edirik. Çərşənbəmiz mübarək olsun!

****

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva

Torpaq çərşənbəniz mübarək əziz dostlar!

Bizə torpaq alanlar, bizə torpaq olanlar! Sizin sayənizdə bu yaz, bu bayramı işğaldan azad torpaqlarımız da hiss edir!

****