Məşhur müğənninin xəstəxanada ilk fotosu yayılıb

16

 

Mədə xərçənginə tutulan və keçirdiyi əməliyyatlardan sonra kemoterapiyaya başlayan Adnan Şensesi xəstəxanada Sezen Aksu ziyarət edib.

AZADİNFORM xəbər verir ki, ziyarət zamanı S.Aksu Şensesə “Artıq ayağa qalx da göbəklər atalım, mahnılar söyləyəlim” sözləri ilə mənəvi dəstək olub. Şenses isə xanım müğənniyə bildirib ki, birincisini sovuşdurdum, bunu da sovuşduraram. Sezen Aksunun ziyarətindən xoşbəxt olan Adnan Şenses əhvalının yaxşıya doğru getdiyi söyləyib.