Məşhur opera müğənnisi təltif olundu

Prezident İlham Əliyev SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tamara İlyiniçna Sinyavskaya “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

 

Qeyd edək ki, bu gün Tamara Sinyavskayanın 80 yaşı tamam olur.

Xatırladaq ki, T. Sinyavskaya dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ və Azərbaycan Xalq artisti Müslüm Maqomayevin həyat yoldaşıdır.