Mətbuat Şurası “qaynar xətt” nömrələrini açıqladı

Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri “qaynar xətt” kimi fəaliyyət göstərəcək. Secki-2024.az xəbər verir ki, seçki günü jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə məlumat vermək imkanı əldə edə biləcəklər.

Bundan başqa, Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi  kimi qeydiyyatdan keçmiş üzvləri paytaxtdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında jurnalistlərin peşə fəaliyyətlərini gerçəkləşdirmələri üçün yaradılmış vəziyyəti müşahidə edəcəklər.

Qeyd edək ki, Mətbuat Şurası jurnalistlərin prezident seçkilərinin işıqlandırılması ilə bağlı sərbəst fəaliyyətlərinə dəstək məqsədilə müvafiq instansiyalarla əlaqəli şəkildə işləyəcək.