Məzahir Əfəndiyevin Belçika mediasında məqaləsi dərc olundu

       09 İyul 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Belçika mediasında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında “Azerbaijan keeping strong in achieving ‘2030 Agenda’ in South-Caucasus despite challenges” adlı məqaləsi dərc olundu və onu da qeyd edək ki,  həmin yazı yüksək baxış sayına nail oldu.

        Məqalədə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı ilə yüksək səviyyəli əməkdaşlığına, ölkəmizin 2000-ci ildən BMT-nin “Minilliyin İnkişaf Məqsədləri” Bəyannaməsini Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uğurla icra etməsinə, 2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunan “2030 Gündəliyi”nin fəal iştirakçısına çevrilməsinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olunması istiqamətində görülən işlərə dair məlumatlar öz əksini tapmışdır.

    Xüsusilə Azərbaycanın 2020-ci il üzrə Dayanıqlı inkişaf hesabatında “dayanıqlı inkişaf məqsədləri indeksi” üzrə mümkün 100 baldan 72,4 bal topla­yaraq dünyanın 165 ölkəsi arasında 55-ci, Cənubi Qafqazda isə lider olaraq qərarlaşması diqqətəlayiq məqamlardandır.

    Millət vəkili eyni zamanda Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun Qələbəsinin nəticəsi olaraq 30 illik qanunsuz işğala son qoyulmasını qeyd edərək illərdən bəri ilk dəfə ölkəmizdə DİM16 (Sülh, ədalət və səmərəli müəssisələr) məqsədi üzrə irəliləyişin qeydə alınmasını vurğulamışdır.

      Həmçinin M.Əfəndiyev Ermənistan tərəfindən son 30 ildə ölkəmizə qarşı törədilən ekoloji terrora son qoyulduğunu, ekoloji tarazlığın təmini və dayanıqlı, təmiz ətraf mühitin yaradılması, habelə işğaldan azad olunmuş torpaqlarda yaşayacaq insanlarımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində işlərin sürətlə və yüksək səviyyədə aparıldığını da xüsusi qeyd etmişdir.

      Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz: