Malatyada güclü zəlzələ, xəsarət alanlar var – Yenilənib

Malatya vilayətində baş verən zəlzələ nəticəsində xəsarət alanlar olub.
Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Onun sözlərinə görə, hazırda itkilər qeydə alınmayıb.
“Bir qəzalı bina dağılıb. Qorxu və təlaşdan hündürlükdən tullanma nəticəsində 22 nəfər yüngül xəsarət alıb”, – deyə nazir qeyd edib.
Əlaqədar qurumlar hazırda ərazidə araşdırma aparır.

***
Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 20:48-də 7 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, ötən gün də Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunda 4,4 bal gücündə zəlzələ olmuşdu.