Millət vəkili şəhid ailəsini qaygıları ilə maraqlandı

Milli Məclisin deputatı Etibar Əliyevin  tapşırığına əsasən 44 günlük Vətən müharibəsinin  şəhidi, Qaraçuxur qəsəbəsinin sakini olmuş Orxan Qəhrəmanovun ailəsini ziyarət edilibk. Şəhidimizin anası Arzu Qəhramanova və ailə üzvlərinin  qayğıları ilə maraqlanılıb. Şəhid anasını narahat edən bəzi problemlərin qeydiyyatını aparılaraq, həlli istiqamətində lazımi işlər görüləcək .
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
****
Cənab Prezident tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına ən yüksək səviyyədə qayğı göstərilməkdədir. Şəhid ailələri və müharibə qazilərinin istək və arzularının yerinə yetirilməsi Prezident İlham Əliyevin prioritetlərindəndir. Müharibədən geridə qalan müddət ərzində qazilərimizin reablitasiyası və müalicəsi istiqamətində xeyli işlər görülüb. Bildiyiniz kimi, Milli Məclisin deputatı deputatı  Etibar Əliyevin təşəbbüsü, TƏBİB-in və Suraxanı Tibb Mərkəzinin dəstəyi ilə  şəhid ailələri, qazilər və müharibə iştirakçılarına ödənişsiz psixoterapiya xidməti göstərilməkdədir. 44 günlük Vətən müharibəsinin qazisi, Hövsan qəsəbəsinin sakini Qazi Veten Ceferli bu xidmətdən istifadə etdi. Əziz şəhid ailələri, əziz qazilərimiz biz sizə xidmət etməkdə qürur duyuruq. Hər zaman sizin xidmətinizdəyik.