Marqvelaşvili Azərbaycana yanvarda gələcək

81

 

Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin Azərbaycan rəsmi səfəri gələn ilə qalıb.

AzVision.az-a bu barədə Gürcüstanın Vahid Milli Hərakatı partiyasının azərbaycanlı deputatı Azər Süleymanov məlumat verib.

Deputat Marqvelaşvilinin təxirə salınan səfərinin gələn ilin yanvar ayında reallaşacağını qeyd edib.

“Bizdə olan məlumata görə, Marqvelaşvili yanvar ayının əvvəllərində Bakıya getməlidir. Dəqiq deyil, amma mümkündür ki, bu səfər yanvarın 11-də baş tutsun”-deyə, A.Süleymanov vurğulayıb.

Qeyd edək ki, mətbuatda yayılan məlumata görə, Marqvelaşvili bu gün Azərbaycana səfər etməli idi. Lakin, müəyyən səbəblərə görə səfər təxirə salınıb.