McDonald`s Azərbaycan rəhbərinin ailəsində faciə

Mc

Bakıda yüksək rütbəli məmur və tanınmış iş adamının övladlarının olduğu avtomobil qəzaya uğrayıb.

XALQ.AZ xəbər verir ki, Milli.Az qəzanın təfərrüatları barədə məlumat etməyə çalışır. İlkin informasiyalara görə, qəzada McDonald’s – Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan dünyasını dəyişib. Onları sürücü Paintball oyunundan evə qaytarırmış.

Hadisə baş verən vaxt M.Mirzəyev ABŞ-da olub və oğlunun ölüm xəbərini eşidərək dərhal ölkəyə dönüb.

McDonald`s şirkəti də rəhbərlərinin övladını itirməsini təsdiqləyib, lakin əlavə məlumat verilmədi.