17 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 3-dən 10-a qədər Avstriyada təlim-məşq toplanışında olacaq.
XALQ.AZ-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadla verdiyi məlumata görə, yığmamız oktyabrın 10-dan 17-dək Macarıstanda Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək.
Seçmə oyunların təqvimini və yığmamızın heyətini diqqətinizə çatdırırıq:
11 oktyabr, saat 15:30
İsveçrə – Azərbaycan
13 oktyabr, saat 15:30
Azərbaycan – Macarıstan
16 oktyabr, saat 15:30
Portuqaliya – Azərbaycan