McDonald’s-lar bağlanır

37

 

Rusiyanın Sanitariya Xidməti çərşənbə günü Moskvada fəaliyyət göstərən McDonald’s restoranlar şəbəkəsinin dörd müəssisəsini bağlayıb.

XALQ.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Moskva İdarəsinin məlumatında bildirilir.

“McDonald’s sürətli qidalanma xidməti müəssisələrinin fəaliyyətinin müvəqqəti qadağan olunması barədə protokol tərtib olunub”, – deyə məlumatda bildirilir.

İdarədən bildirildiyinə görə, müəssisələrdə yoxlamalar zamanı sanitariya qanunvericiliyi tələblərinin pozulması halları aşkar olunub. Faktla bağlı bir neçə maddə üzrə inzibati hüquq pozuntuları haqqında iş açılıb.