Yeni “iPhone”

 

 

59

Yaxın zamanlarda təqdimatı gözlənilən yeni “iPhone 6” smartfonunun simsiz enerji doldurma portu ilə təchiz ediləcəyi bildirilir. Smartfonun internetdə yerləşdirilən şəkillərində qurğunun ön hissəsində aydın şəkildə yeni port görünür ki, ondan da simsiz enerji doldurma üçün istifadə ediləcəyi gözlənilir. Bu il mobil bazara çıxarılan bir çox Android telefonların 2, 3 GB RAM-a sahib olmasına baxmayaraq, yeni “iPhone”da 1 GB RAM olacağı vurğulanıb. İlkin məlumata əsasən, yeni məhsul ABŞ bazarında 750 dollara satılacaq.