“Medera”da plastik əməliyyat etdirən qadın dünyasını dəyişdi

Bakıda “Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.

Belə ki, hospitalın plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib. Xanım əməliyyatdan sağ çıxsa da, prosesdən iki gün sonra evində vəfat edib. Yaxınları onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildiriblər.

“Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib.

Vəfat edən qadın Göyçayda dəfn edilib.