Medianın İnkişafı Agentliyindən yenilik

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində yenilik.

XALQ.AZ xəbər verir ki, Medianın İnkişafı Agentliyin sosial şəbəkədə səhifəsi fəaliyyət başlayıb.Həmçinin Agentliyin müasir dizaynda loqosu təqdim olunub.

Qeyd edək ki, Yanvarın 12-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb.

Əhməd İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.