Merin “ölüm tviti”

M1

İstanbul şəhər meri “Tvitter” sosial şəbəkəsində gözlənilməz tvit yazıb.

XALQ.AZ-ın məlumatına görə, İstanbul şəhər meri Hüseyn Avni Mutlu “Tvitter mikro-bloqundakı hesabında ölümlə bağlı yazdığı tvit sosial şəbəkə izləyiciləri tərəfindən gözlənilməz olub.

“Ölüm yuvaya qayıtmaq kimidir. Yerin, göyün və ruhun dərinliklərinə cəsarətlə baxa bilən və sevgi ilə yaşaya bilən niyə qorxmalıdır ki?! Səni sevirəm, ölüm!” – deyə şəhər meri yazdığı tvitində yazıb.

Qeyd edək ki, 58 yaşlı H.A.Mutlu 2010-cu ilin may ayından bəri İstanbul şəhəri meri olaraq çalışır.