Metro 30 qəpik olacaq?

 

95

Bakı metropolitenində hazırkı gedişhaqqı rentabilli deyil. 2Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev anspress-ə bildirib. Onun sözlərinə görə, hazırda metropolitenində gedişhaqqı 20 qəpikdir. 

 

“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, – deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 May” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.