Millət vəkili aztəminatlı ailələrə yardım etdi

Dünyada böyük bir bəlaya çevrilən koronavirus pandemiyası ölkəmizdən də yan keçməyib.

Pandemiyanının dunyada sürətlə yayılmağa başladığı ilk günlərdə “COVID 19” virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində Prezident İlham Əliyev tərəfindən vaxtında lazımi addımlar atıldı. “Koronavirusla Mübarizəyə Dəstək Fondu” yaradıldı.

Cənab Prezident 1 illik əmək haqqını fonda ianə etdi. Bu təşəbbüsə demək olar ki, bütün dövlət və özəl qurumlar, sahibkarlar, millət vəkilləri də qoşuldular.

XALQ.AZ xəbər verir ki, Lerik rayon dairəsindən Milli Məclisə üzv secilmiş İqbal Məmmədov da ölkəmizdə koronavirusla mübarizə tədbirlərinə ilk günlərdən qoşularaq, aktiv fəaliyyəti ilə seçilib. Dəstəyin davamı olaraq ölkə xaricində olan həmvətənlərimizin vətənimizə gətirilməsində yardımçı oldu. Xüsusən də Lerik rayonundan olan xaricdə təhsil alan tələbər deputatın səyləri nəticəsində qisa bir vaxt ərazində vətənə dönə bildilər.


İş adamı Çingiz Məmmədovun əvvəlcədən müraciəti əsasında Lerik rayonunda “Relax” Ailəvi İstirahət Mərkəzi karantin üçün hazırlanmış, ölkə xaricindən gətirilən həmvətənlərimiz orada yerləşdirildi. Qısa bir vaxt ərzində karantinə alınan 300-dən çox həmvətənimiz üçün lazımi şərait yaradılmış, deputat İqbal Məmmədov da karantində olan vətəndaşlarla tez-tez əlaqə saxlayaraq onlardan qayğılarıını əsirgəməyib.  Karantin müddətini başa vuran həmvətənlərimizdən əl yazısı ilə məktub yazıb karantin otaqlarına qoyanlar deputat İqbal Məmmədova, sahibkar Çingiz Məmmədova, “Relax”ın bütün heyyətinə, tibbi personala və polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.


Ölkəmizdə xüsusi karantin rejimi müddəti ərazində millət vəkili İqabal Məmmədov mütəmadi olaraq seçildiyi dairədə yaşayan vətədaşlarla maraqlanır, seçiciləri narahat edən problemlərin həll edilməsi istiqamətində Lerik Rayon İcra Hakimiyyəti ilə birgə səy göstərir.

Təsadüfi deyil ki, millət vəkili bu gün imkansız, maddi durumu aşağı olan rayon sakinlərinə ərzaq bağlamaları göndərmişdir. Ərzaq bağlamaları Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının əməkdaşları tərəfindən onların evlərində ailələrə təqdim edilib.


Xatırladaq ki, bu xeyirxahlıq ilk dəfə deyildir. İqbal Məmmədov uzun illərdir ki, Novruz Bayramı, Qurban Bayramı və digər milli bayramlar, əlamətdar günlərdə də rayon sakinlərinə ənənəvi olaraq yardımlar edir, ərzaq bağlamaları paylayır.









XALQ.AZ