Millət vəkili gəncləri də fəal olmağa çağırıb

55

 

“Ermənistan işğalçılıq siyasəti yürütdüyü zaman bir neçə bölgədə soyqırım, qətliam həyata keçirilib. Xocalı soyqırımı ilə yanaşı, bu soyqırımları da dünya ictimaiyyətinə çatdırmaq Azərbaycanın apardığı siyasətin istiqamətlərindən biridir”.
Bunu jurnalistlərə açıqlamasında millət vəkili Qənirə Paşayeva bildirib. O, qeyd edib ki, ermənilər Qazaxda Boğanis Ayrım, Xocavəndin Qaradağlı kəndində dəhşətli soyqırımlar törədib. Bu öz evində dinc oturan günahsız insanlara qarşı törədilmiş soyqırım idi: “Xocalı soyqırımı kimi Qaradağlı soyqırımı da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Qaradağlıda soyqırımı görüb sağ qalan insanların psixologiyasına ciddi zərbə vurulub. Biz Xocavənd icra hakimi ilə birgə soyqırım haqqında filmlər çəkib müxtəlif dillərə tərcümə edərək dünya ictimaiyyətinə çatdırmışıq. Bu həqiqətlərin daha geniş çatdırılması üçün belə filmlərin sayı artır. Bunun üçün əlimizdən gələni etməliyik”. Millət vəkili gəncləri də fəal olmağa çağırıb: “Gənclər sosial şəbəkələrin imkanlarından geniş istifadə etməlidir. Bu soyqırımla bağlı materialları, filmləri, kitabları daha çox yayılması önəmli məsələ olmalıdır. Sosial şəbəkə istifadəçisi olan gənclər tək soyqırımların ildönümümdə deyil, başqa vaxtlarda da faktları dünyaya yaymalıdır”. O, qeyd edib ki, soyqırım törədənlər ədalət qarşısında cavab verməyiblər: “Onlar Ermənistanda, havadar ölkələrdə rahat gəzirlər. Baxmayaraq ki, bəzi ölkələr də bu cinayətkarların cəzalandırılmasına ciddi yanaşmır. Bu soyqırım insanlıq əleyhinə bir cinayətdir, onlar tarix qarşısında cavab verəcək. Azərbaycan dövlətinin məqsədi isə onların ədalət qarşısında cavab verməsidir. Bütün dünyaya yaymaqda da məqsədimiz odur ki, soyqırım tək xalqa qarşı deyil, insanlığa qarşı törədilən cinayətdir. Beynəlxalq təşkilatlar soyqırım törədənlərin ədalət qarşısında cavab verməsinə şərait yaratmalıdır. Biz də mübarizə aparaq erməni yalanlarının qarşısını almalıyıq. Xocavənd rayon icra hakimiyyəti də Qaradağlı soyqırımının dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərir”.