Millət vəkili konfransda iştirak etdi

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaradılmasının 100 illiyi münasibətilə 26 may 2023-cü il tarixində “Müasir informasiya məkanında turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. Konfransın əsas məqsədi elmin müxtəlif sahələrinin, o cümlədən turizm və sosial-mədəni xidmət sferasının müasir inkişaf tendensiyalarını araşdırmaq, tətbiq edilən innovativ texnologiyaların müqayisəli qiymətləndirilməsi məsələlərinə dair səmərəli təkliflər vermək olub. XALQ.AZ xəbər verir ki, Milli Məclisin deputatı İqbal Məmmədov konfransda iştirak edərək çıxış edib.