Deputat seçicilərlə görüşdü

Millət vəkili Tamam Cəfərovanın Şamaxı rayonu Mədəniyyət mərkəzində seçicilərlə növbəti görüşü keçirilib.
Vətəndaşların müraciətlərə əsasən məşğulluq, əlilliyin təyin olunmasında yaranan problemlər, vərəsəlik və digər fərdi məsələləri əhatə edib. Vətəndaşların hər birinin arzu və istəkləri, qaldırmış olduqları problemlər millət vəkili tərəfindən diqqətlə dinlənilib ,qanunvericilik çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı bildirilib.
Qəbulda Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının müavini Mehriban Eyyubova, Dağlıq Şirvan Regional Məşğulluq Mərkəzinin müdiri Emil Bədəlov, Dövlət Sosial Müdafiə Fondunun Dağlıq Şirvan Regional Filialının nümayəndəsi Məhəmməd Həsənov, Şamaxı rayonu Ağsaqqallar Şurasının sədr müavini Fatmaxanım Quliyeva da iştirak edib.