Vəzifədə olaraq vəfat edən məmurlar -Video

 

Heç kəsə sirr deyil ki, Azərbaycan məmurlarında istefa mədəniyyəti yoxdur. Gənc yaşında vəzifəyə təyin edilən məmur ölənə qədər eyni kresloda oturur. Azərbaycanda vəzifə başında dünyasını dəyişən xeyli sayda məmurlar olub. Bu şəxslərin bir neçəsi ilə sizləri tanış edəcəm. Amma öncə bu suala cavab tapmaq lazımdır. Vəzifəyə təyin edilən məmur niyə 5, 10, hətta 15 il işləyənədən sonra istefa verib getmir, niyə bizim məmurlarda bu mədəniyyət yoxdur? Əvvəla, ona görə ki, bu şəxslər vəzifəyə təyin ediləndən sonra saysız-hesabsız qanunsuzluqlara imza atırlar, çirkabın içinə o qədər bulaşırlar ki, əgər vəzifədən könüllü getsələr, onları hansı aqibətin gözlədiyini yaxşı başa düşürlər. Bunun üçün də mümkün qədər vəzifədə daha çox qalıb öz cinayətlərini ört-badır etməyə, topladıqları sərvətləri qorumağa çalışırlar. Mən inanmıram ki, təmiz işləyən, xalqın malına göz dikməyən məmur ölənə qədər vəzifə kreslosundan əl çəkməsin. Belə olmur axı. İllərlə işlə, milyonlar yığ, büdcəni dağıt, sonra da bir istefa ərizəsi yaz ki, sağ olun, mən getdim. Necə deyələr, adamın dərisini boğazından çıxararlar. Çirkabın içindəsənsə, buy çirkabın içində də ölüb getməlisən. Hətta iş o yerə çatıb ki, Azərbaycanda tabut düzəldən ustalar məmurlarımızın durumunu nəzərə alaqraq onlar üçün belə bir tabutlar hazırlayıblar. Ölülərin dalınca danışmırıq, əslində onlar ölməyiblər, sərvətləri durur, övladları da yüksək vəzifələrdə, əsl ölü bizlərik. İndi baxaq görək, iş başında, kresloda dünyasını dəyişən hansı məmurlar olub? Məsələn, fotoda gördüyünüz mərhum general-leytenant Nazim Məmmədovun 48 yaşına qədər ali təhsili olmayıb. O, vaxtilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsində işləyən, hazırkı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sürücüsü olub. Bu sürücüyə vəzifə vermək istədilər, o da 48 yaşında gedib pulunu verib diplomunu aldı. Və ardınca da onu Komitədə sədr müavini edib general rütbəsi verdilər. O, daha sonra Fövqəladə Hallar nazirinin müavini vəzifəsinə təyin edildi və 2022-ci ildə, 72 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişdi. 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışan Mahmud Nəbiyev 2022-ci ildə ürəktutmasından vəfat etdi. 22 il ərzində minlərə insanın və ailənin taleyini məhv edən 62 yaşlı Mahmud Nəbiyev öləcəyini düşünmürdü, amma öldü. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Abbas Ələsgərov 2018-ci ildə, 81 yaşında vəzifə başında dünyasını dəyişən mərhum məmurlardandır. 30 il deputat mandatı daşıyan, Rspublika Ağsaqqalar Şurasının sabiq sədri, Fövqəladə Halalr naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov 2020-ci ildə, 82 yaşında elə deputat kimi bu dünya ilə vidalaşmalı oldu. 1999-cu ildən Maliyyə nazirinin müavini vəzifəsində çalışan İlqar Fətizadə 2022-ci ildə 66 yaşında uzunsürən xəstəlikdən vəzifə başında dünyasını dəyişənlərin sırasındadır. Bu siyahını çox uzatmaq olar, hazırda 20-30 ildir vəzifədə olan xeyli sayda generallar, nazirlər, müxtəlif ranqlı məmurlar var. Yəni, bunlkara bizim gücümüz çatası deyil. Məsələn, Kəmaləddin heydərov Komitə sədri təyin ediləndə mən 2-ci sinifdə oxuyurdum, artıq 14 ildir həm də nazirdir. Əli Əhmədov-un vəzifə yaşı Qarabağ müharibəsində şəhid olan qəhrəman döyüşçülərimizin yaşı qədərdir. BU ölkədə hər kəs döyüşməlidir, ölməlidir, ac qalmalıdır, ev-eşiyini satmalıdır, illərlə banklara pul ödəməlidir. Amma bu adamlar kef içində yaşamalıdırlar. Əmin olun, yeni təyin edilən və bir neçə vəzifə daşıyan indiki məmurlar da bunların yolu ilə gedəcəklər. Onlar da ölənə qədər vəzifədə çalışacaqlar. Bizim atamız Rəsul Rzanı oxuyurdu, biz onun oğlu Anarı oxuyuruq, övladlarımız da Anarın qızı Güneli oxuyacaqlar. Özü də zorla oxuyacaqlar. Ədəbiyyatmız da monopoliyadadır. Məgər bu ölkədə monopoliyada olmayan sahə varmı? Qısası, ümid Allaha qalıb.