Millət vəkili Lissabona gedir

 

02

Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcəkdir

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 24-dən 29-dək Portuqaliyanın Lissabon şəhərində səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, komitə iclasında “Təhsildə müsbət idarəçilik və yüksək keyfiyyət”, “Çoxmədəniyyətli cəmiyyətlərdə ümumi cəhətlər və fərqlər”, “Avropanın mədəni irsi”, “Ümumavropa evi çərçivəsində əməkdaşlıq” mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
R.Hüseynov müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəkdir.