Millət vəkili Masallıda seçicilərlə görüşdü

Milli Məclisin deputatı Məşhur Məmmədov  seçicilərlə növbəti görüş keçirib.

Millət vəkili bildiriib ki, seçicilərlə ilə baş tutan görüşdə yerli sakinlər onları narahat edən məsələ və problemlər barədə danışdılar. Görüş zamanı əsas etibarilə sosial və hüquqi məsələləri əhatə edən mövzular qaldırıldı.

Seçiciləri ayrı-ayrılıqda qəbul edərək, müraciətlərini dinlədik. Bəzi məsələlər operativ olaraq həll edildi, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq,aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirildi.