Millət vəkili MDB-nin Parlamentlərarası Assambleyasınının iclasında iştirak edəcək

Milli Məclisin deputatı, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü İqbal Məmmədov aprelin 2-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

XALQ.AZ xəbər verir ki, millət vəkili səfər çərçivəsində MDB PA-nın Büdcə-nəzarət məsələləri komissiyasının iclasında iştirak edəcək, Assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, büdcənin formalaşdırılması və icrası ilə bağlı müzakirə olunacaq məsələlərə münasibət bildirəcək.

Səfər aprelin 5-də başa çatacaq.