Millət vəkili müəllimlərin maaşlarını artırdı

 

57

İlk dəfə universitet tarixində Azərbaycan Dillər Universitetində məhz İRK-nin nəzdində yeni telestudio açılır.

2014-2015-ci tədris ilinə Azərbaycan Dillər Universiteti hər zamankı kimi yeniliklərlə, islahatlarla və uğurla qədəm qoyur. Bu tədris ilində ADU tələbələrinin sayı 6000-ni keçib. Bu il Azərbaycan Dillər Universitetinin bakalavr pilləsinə 1500-ə yaxın tələbə, magistratura pilləsinə isə 200-ə yaxın tələbə qəbulu olub.

XALQ.AZ xəbər verir ki, universitetin mətbuat xidmətindən AzVision.Az-a verilən məlumata görə, hər il olduğu kimi, yeni tədris ilində universitetin hər üç korpusunda əsaslı təmir işləri aparılıb, hər üç bina maddi-texniki bazası yenilənmiş formada tələbələrin ixtiyarına verilir. Azərbaycan Dillər Universitetinin ayırdığı maddi vəsait əsasında və Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin dəstəyi ilə ən müasir texnika və maddi-texniki baza ilə təmir edilmiş, 2008-ci ildə açılan İnformasiya Resurs Kompleksi (İRK), o cümlədən İRK-ın Amerika mərkəzi bu tədris ilində yenidən istifadəyə verilir. İlk dəfə universitet tarixində Azərbaycan Dillər Universitetində məhz İRK-nin nəzdində yeni telestudio açılır. ADU-nun müəllim və tələbələri bu telestudionın imkanlarından geniş şəkildə yararlana biləcəklər.

Bu tədris ilində ADU-nun tələbə yataqxanası yüksək səviyyədə yaşayış üçün lazım olan hər növ avadanlıqlarla təchiz edilərək təmirdən sonra tələbələrin istifadəsinə verilir.

Bu tədris ilindən universitetdə fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əmək haqları artırılıb. Yüksək səviyyədə işçilərin sosial rifahının yüksəlməsi, onların maddi durumunun yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar Azərbaycanda ali məktəblər sırasında ən yüksək səviyyəyə çatdırılıb. Bu gün ADU əməkdaşları 500-1500 AZN arası müxtəlif vəzifələr üzrə əməkhaqqı alırlar.

Beynəlxalq proqramlar nəticəsində ADU tələbələri bu gün artıq Fransa, Koreya, Norveç, İtaliya, Yaponiya, Çinin ali məktəblərində təhsillərini davam etməyə yollanırlar. Heç də təsadüfi deyil ki, hər zaman ilklərə imza atan Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsinin tələbəsi Nərmin İsmayılova Azərbaycanda ilk dəfə olaraq bu il ADU ilə yanaşı Böyük Britaniyanın Esseks Universitetini də fərqlənmə diplomu ilə başa vuran ilk azərbaycanlı tələbə oldu.

Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən ADU-nun fəxri doktorlarının siyahısı artmaqda davam edir. Belə ki, Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutora bu günlərdə ADU-nun fəxri doktoru adına layiq görülüb. Beləliklə, bu yeni tədris ilindən 22-dən çox dilin tədris olunduğu Azərbaycan Dillər Universitetində növbəti dərs ilindən macar dili də tədris olunacaq.

www.oxu.az