Millət vəkili Prezidentə təşəkkür etdi

Milli Məclisin deputatı Könül Nurullayeva Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif olunub.

Bunula bağlı Könül Nurullayeva Prezident İlham Əliyevə təşəkkür edib.

Deputat qeyd edib ki, yubiley medalı ilə təltif olunmaq mənim üçün olduqca qürurverici bir haldır. Ümumilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirəm. Azərbaycan var olduqca, Ulu Öndər Heydər Əliyev xalqın qəlbində yaşayacaqdır!

Bir daha bizlərə göstərilən dəyər və etimada görə möhtərəm cənab Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun deyə deputat qeyd edib.