Millət vəkili Prezidentə minnətdarlıq etdi

Milli Məclisin deputatı Sevinc Fətəliyeva Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təltif olunub.

Bunula bağlı Sevinc Fətəliyeva Prezident İlham Əliyevə təşəkkür edib.

Deputat bildirib ki, yubiley medalı ilə təltif olunmağım sonsuz qürurverici və şərəflidir.
Ali təltifə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm!