Millət vəkili şəhid ailələri ilə görüşdü

Milli Məclisin deputatı Cəbi Quliyev Şahbuz rayonunda gənclərlə birlikdə Vətən müharibəsində şəhidi baş leyetnant Rzayev Zülfü, şəhid leytenant Sadiqov Emin, şəhid Ramin Bağırov və şəhid baş leytenant Qureşli Firuzun ailələrinə baş çəkib. Ailələrin qayğıları ilə maraqlanıb. Deputat görüşdə şəhid valideynlərinə əsgər və zabitlərimizin qəhrəmanlıqlarının xalqımız və dövlətimiz üçün nə qədər önəmli olduğunu qeyd edib. İndidən sonra 100 il də keçsə onlar daim bu xalqın qəhrəmanları olaraq anılacaqlar!