Millət vəkili şəhid ailəsini ziyarət etdi

 Bu gün gizir Fərid Rüstəmovun şəhadətə yüksəlişinin bir ili tamam olur.
 Milli Məclisin deputatı Jalə Əliyeva şəhidimizin ailəsini ziyarət edib.
Şəhidimizin  ailəsinə və yaxınlarına bir daha başsağlığı verilib.  Millət vəkili xatirə kitabına ürək sözləri yazıb.
Valideynləri Fəridin uşaqlıqdan şəhid olduğu günə qədər geyindiyi geyimlərindən ibarət geyim otağı düzəldiblər.
Otağın baş ucunda gələnləri özünün hərbi paltarlı silueti qarşılayır.
  Nur içində yatsın! Amin!